Tacikistanla Qırğız Respublikası sərhədində toqquşma baş verib, xəsarət alanlar var

Tacikistanla Qırğız Respublikası sərhədində toqquşma baş verib, xəsarət alanlar var Qırğız Respublikasının Batkən əyaləti Göydaş kəndi yaxınlığında - Tacikistanla sərhəddə hər iki tərəfdən 200-dən çox sakinin iştirakı ilə baş verən toqquşmalar nəticəsində 6 nəfər xəsarət alıb.
Region
18 Dekabr , 2019 13:31
Tacikistanla Qırğız Respublikası sərhədində toqquşma baş verib, xəsarət alanlar var

Qırğız Respublikasının Batkən əyaləti Göydaş kəndi yaxınlığında - Tacikistanla sərhəddə hər iki tərəfdən 200-dən çox sakinin iştirakı ilə baş verən toqquşmalar nəticəsində 6 nəfər xəsarət alıb.

“Report” “Kabar”a istinadən xəbər verir ki, qarşıdurma dekabrın 16-da Tacikistan tərəfdən sərhədin rəsmiləşdirməyən hissəsində hasar ucaldılması ilə bağlı baş verib, iştirak edənlər qarşı tərəfi daşa tutublar. 

Qırğız Respublikasının Dövlət Sərhəd Xidmətinin verdiyi açıqlamaya görə, hadisələr nəticəsində Qırğız Respublikasının Daxili Qoşunlarının 4 hərbi qulluqçusu, 1 mülki şəxs və Səmərkandıq kənd kənəşinin (məclisinin) 1 üzvü xəsarət alıb.

Vəziyyəti sabitləşdirmək məqsədi ilə hadisə yerinə Dövlət Sərhəd Xidmətinin qərargah rəisi Əbdükərim Alimbayev və daxili işlər nazirinin birinci müavini Söyünbek Ömürzakov ezam olunublar. Hazırda Göydaş kəndində iki ölkənin sərhəd bölgələri üzrə rəhbərləri və asayiş mühafizə orqanları nümayəndələri danışıqlar aparırlar.

Son xəbərlər

Orphus sistemi