Tacikistanın müdafiə naziri İrana rəsmi səfər edib

Tacikistanın müdafiə naziri İrana rəsmi səfər edib İki ölkə arasında hərbi və müdafiə əlaqələrinin inkişafına dair məsələlər müzakirə olunacaq
Region
6 Aprel , 2021 12:49
Tacikistanın müdafiə naziri İrana rəsmi səfər edib
Şirəli Mirzo

Tacikistanın müdafiə naziri, general Şirəli Mirzonun rəhbərliyi altında nümayəndə heyəti aprelin 6-da Tehrana rəsmi səfər edib.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Məlumata görə, Şirəli Mirzo səfər çərçivəsində İranın müdaifə naziri, briqada generalı Əmir Hatəmi ilə görüşəcək. Tacikistanlı nazir İranın başqa rəsmiləri və hərbi vəzifəlilərlə bir araya gələcək.

Tehran görüşündə iki ölkə arasında hərbi və müdafiə əlaqələrinin inkişafına dair məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi