Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib Türkiyə ordusu Suriyanın şimalında PKK terror təşkilatının bu ölkədəki qanadının 13 silahlısını zərərsizləşdirib.
Region
28 Sentyabr , 2022 06:03
Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusu Suriyanın şimalında PKK terror təşkilatının bu ölkədəki qanadının 13 silahlısını zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PKK/YPG yaraqlıları “Fərat Qalxanı”, “Barış pınarı” və “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı ərazilərdə təxribat və hücumlar təşkil etməyə çalışarkən zərərsizləşdiriliblər.

Qeyd edək ki, PKK yaraqlıları 1984-cü ildən Türkiyədə bir sıra terror aktları törədiblər. Nəticədə təhlükəsizlik qüvvələrinin minlərlə əməkdaşı, hərbçilər və mülki vətəndaşlar həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.

Son xəbərlər

Orphus sistemi