Türkiyə ərazisinə Suriyadan atılan artileriya atəşi nəticəsində 6 nəfər şəhid olub, 70 nəfər yaralanıb - YENİLƏNİB-2

Türkiyə ərazisinə Suriyadan atılan artileriya atəşi nəticəsində 6 nəfər şəhid olub, 70 nəfər yaralanıb - YENİLƏNİB-2
Region
377
10 Oktyabr , 2019 19:58
Türkiyə ərazisinə Suriyadan atılan artileriya atəşi nəticəsində 6 nəfər şəhid olub, 70 nəfər yaralanıb - YENİLƏNİB-2

Suriyadan terrorçuların Türkiyənin Mardin və Şanlıurfa əyalətlərinə endirdiyi raket və top mərmisinin partlaması nəticəsində şəhid olan dinc sakinlərin sayı 6-ya çatıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışlar nəticəsində Mardində 24, Şanlıurfada isə 46 nəfər yaralanıb.


***17:35

Suriyanın Tel Abyad rayonundan Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna atılan raket və top mərmisinin partlaması nəticəsində biri on aylıq körpə olmaqla 3 nəfər şəhid olub. 

“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Akçakele rayon icra nümayəndəsi bildirib.


*** 15:43

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 4 top mərmisi atılıb. 

“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər yaralanıb.

Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.