Türkiyədə orta məktəb Suriyadan atılan "Katyuşa" ilə vurulub - YENİLƏNİB

Türkiyədə orta məktəb Suriyadan atılan "Katyuşa" ilə vurulub - YENİLƏNİB Silahlı Qüvvələr Suriyanın həmin ərazisinə nəzarət edən terrorçu İŞİD qruplaşmasının mövqelərini raket atəşinə tutub
Region
18 Yanvar , 2016 15:06
Türkiyədə orta məktəb Suriyadan atılan Katyuşa ilə vurulub - YENİLƏNİB

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis bölgəsindəki orta məktəb Rusiya istehsalı olan "Katyuşa" raket qurğu sistemindən atılan raketlərlə vurulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Kilis valiliyi bildirib. 

Məlumata görə, Türkiyənin Silahlı Qüvvələri Suriyanın həmin ərazisinə nəzarət edən terrorçu İŞİD qruplaşmasının mövqelərini raket atəşinə tutub.

*** 12:21

Türkiyənin Kilis bölgəsində orta məktəbdə partlayış baş verib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Amma bu ilkin məlumatdır. Ölən və yaralananların sayının artacağı istisna deyil. 

Məlumata görə, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib.

Partlayış Suriya tərəfdən atılan top mərmisinin partlaması nəticəsində baş verib.

Qeyd edək ki, Türkiyənin Kilis bölgəsi Suriya ilə sərhəddə yerləşir.

Son xəbərlər

Orphus sistemi