Suriyada Türkiyənin daha bir hərbçisi şəhid olub

Suriyada Türkiyənin daha bir hərbçisi şəhid olub Onun cənazəsi Türkiyəyə göndərilib
Region
7 Yanvar , 2017 17:06
Suriyada Türkiyənin daha bir hərbçisi şəhid olub

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyada keçirdikləri "Fırat Kalkanı" ("Fərat qalxanı") əməliyyatının 136-cı günündə bir giziri şəhid olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçu İŞİD qruplaşmasının üzvləri Suriya Azadlıq Ordusuna dəstək verən Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə hücum ediblər.

Şəhid hərbçinin cənazəsi Türkiyəyə göndərilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi