Suriyada şəhid olan Türkiyə hərbçilərinin sayı 3-ə çatıb - YENİLƏNİB

Suriyada şəhid olan Türkiyə hərbçilərinin sayı 3-ə çatıb - YENİLƏNİB Suriyanın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub, biri yaralanıb
Region
167
4 İyun , 2021 10:45
Suriyada şəhid olan Türkiyə hərbçilərinin sayı 3-ə çatıb - YENİLƏNİB

Suriyada şəhid olan Türkiyə hərbçilərinin sayı 3-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyanın şimalında terrorçuların hücumu nəticəsində çavuşlar Şahin Sarılmaz, Necati Yatkak və Halit Altun şəhid olub.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar şəhidlərin ailəsinə başsağlığı verib.

09:55

Suriyanın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub, biri yaralanıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Hadisə Türkiyə ordusunun antiterror əməliyyatı keçirdiyi “Zeytun budağı” bölgəsində baş verib.

Xatırladaq ki, “Zeytun budağı” antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də Suriyanınn şimalında PKK/YPG-PYD terror qruplaşmasına qarşı başlayıb. Əməliyyat bölgəsinə Suriyanın Afrin, Hələb, Suriya-Türkiyə sərhədi daxildir.

Son xəbərlər

Orphus sistemi