​Suriyada İran generalı öldürülüb

​Suriyada İran generalı öldürülüb Onlar Livandan Suriyaya avtomobillə gedərkən yolda hava hücumuna məruz qalıblar
Region
19 Yanvar , 2015 17:00
​Suriyada İran generalı öldürülüb

Bakı. 19 yanvar. REPORT.AZ/ İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Əliullah Daadi Suriyanın Əl-Küneytr şəhəri yaxınlığında öldürülüb.

"Report" İSNA-ya istinadən xəbər verir ki, onunla birlikdə qvardiyanın 6 hərbçisi və Livan "Hizbullah"ının xüsusi xidmət orqanının bir neçə il öncə qətlə yetirilmiş başçısı İmdad Muğniyənin oğlu Cihad Muğniyə də ölüb.

Məlumata görə, onlar Livandan Suriyaya avtomobillə gedərkən yolda hava hücumuna məruz qalıblar.

Xəbərdə bildirilib ki, hadisə İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın əl-Küneytr şəhəri yaxınlığındakı Mazraat əl-Amal yaşayış məntəqəsinə hava hücumu nəticəsində baş verib. 

İngilis versiyası Iran general killed in Syria

Son xəbərlər

Orphus sistemi