Ermənistan ordusunun hərbçisi Suriyada yaralanıb

Ermənistan ordusunun hərbçisi Suriyada yaralanıb Bakı. 8 mart. REPORT.AZ/ Ermənistan ordusunun minaaxtaranı Suriyanın minadan təmizlənməsi zamanı yaralanıb.
Region
8 Mart , 2019 09:45
Ermənistan ordusunun hərbçisi Suriyada yaralanıb
0 : 00
0 : 00

Bakı. 8 mart. REPORT.AZ/ Ermənistan ordusunun minaaxtaranı Suriyanın minadan təmizlənməsi zamanı yaralanıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.

O, yaralanan erməni hərbçinin kimliyi barədə məlumat verməyib.

Qeyd edək ki, cari il fevralın 8-də Suriyaya Ermənistan silahlı qüvvələrinin 83 hərbçisi humanitar yardım dəstəsinin tərkibində göndərilib. Onlar Suriyadakı Rusiya hərbi heyətinin tərkibində fəaliyyət göstərir.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Suriyada Ermənistanın Rusiya ilə əməkdaşlığına etirazını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi