Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin “Fırat kalkanı” (“Fərat qalxanı”) adı altında Suriyada həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində daha 6 kənd terrorçu İŞİD qruplaşmasından azad edilib.
“Report” "Haber-7"yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Terrorçulardan azad edilən 6 kəndə Suriya Azadlıq Ordusu nəzarət edir.
İnformasiyaya görə, 72 gündür davam edən əməliyyatlar nəticəsində 22 terrorçu məhv edilib, Suriya Azadlıq Ordusunun 11 döyüşçüsü yaralanıb.