Suriya milli dialoqu üzrə konqres 2018-ci ilin yanvarında Soçidə keçiriləcək

Suriya milli dialoqu üzrə konqres 2018-ci ilin yanvarında Soçidə keçiriləcək Dekabrın 22-də Astanada Suriya üzrə beynəlxalq görüşün 8-ci mərhələsi baş tutub
Region
23 Dekabr , 2017 04:51
Suriya milli dialoqu üzrə konqres 2018-ci ilin yanvarında Soçidə keçiriləcək

Bakı. 23 dekabr. REPORT.AZ/ Suriya milli dialoqu konqresi 2018-ci ilin 29-30 yanvar tarixlərində Soçidə keçiriləcək.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın Xarici İşlər Nazirliyi Departamentinin direktoru Aydarbek Tumatov bildirib.

Dekabrın 22-də Astanada Suriya üzrə beynəlxalq görüşün 8-ci mərhələsi başa çatıb.

Görüşün yekunu üzrə Rusiya, Türkiyə və İran ərəb ölkəsində atəşkəs rejiminə zamin duran ölkələr kimi konqres öncəsi hazırlıq görüşü keçirmək barədə razılıq əldə ediblər.

Bununla belə, Suriya silahlı müxalifətindən olan nümayəndə heyətinin konqresdə iştirakı sual altındadır.

Son xəbərlər

Orphus sistemi