Stiven Biqen ABŞ-ın Rusiyadakı səfiri vəzifəsindən imtina edib

Stiven Biqen ABŞ-ın Rusiyadakı səfiri vəzifəsindən imtina edib ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd hesab edilən Birləşmiş Ştatların KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqen bu vəzifədən imtina edib.
Region
21 Avqust , 2019 11:33
Stiven Biqen ABŞ-ın Rusiyadakı səfiri vəzifəsindən imtina edib

ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd hesab edilən Birləşmiş Ştatların KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqen bu vəzifədən imtina edib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, S.Biqen yeni vəzifə tutmaq niyyətində olmadığını, bütün diqqətini Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə yönəltdiyini söyləyib.

S.Biqen həmçinin Pxenyanın danışıqları bərpa etməyə hazır olduğunu açıqladığı anda rəsmi Vaşinqtonun da danışıqlara hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi