Məhkəmədə huşunu itirən erməni prodüser ölüb

Məhkəmədə huşunu itirən erməni prodüser ölüb Ermənistanda iclas zalında mühakimə olunan prodüser Armen Qriqoryan huşunu itirib.
Region
15 iyul 2022 12:00
Məhkəmədə huşunu itirən erməni prodüser ölüb

Məhkəmə zalında huşunu itirən erməni prodüser Armen Qriqoryan ölüb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı sabiq deputat Naira Zöhrabyan təsdiqləyib.

15:31

Ermənistanda iclas zalında mühakimə olunan prodüser Armen Qriqoryan huşunu itirib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan bildirib.

Məlumata görə, vəkil çıxış edən zaman müvəkkili özündən gedib. Bu səbəbdən məhkəmə iclası təxirə salınıb.

Qeyd edək ki, prodüser və rejissor sayılan Armen Qriqoryan bu il mayın 17-də polis tərəfindən saxlanılıb, mayın 18-də isə barəsində həbs qətimkan tədbiri seçilib. Ermənistan Milli Təhlükəsizlik Xitmətinin versiyasına əsasən, o, müsahibələrində Şirak və Ararat vilayətləri sakinlərinin şərəf və ləyaqətlərini təhqir edib.

Son xəbərlər

Orphus sistemi