Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb.
“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Son məlumatlara görə, avqustun 3-də baş verən sürüşmə nəticəsində körpülər dağılıb, Şovinin girişindəki yola ziyan dəyib. Xilasedicilər 210 nəfəri təxliyə ediblər. Uşaqlar da daxil olmaqla 15 nəfərin axtarışı aparılır.