Son üç ayda 1147 Gürcüstan vətəndaşı Almaniyadan sığınacaq istəyib

Son üç ayda 1147 Gürcüstan vətəndaşı Almaniyadan sığınacaq istəyib Almaniyadan sığınacaq istəyən Gürcüstan Respublikası vətəndaşlarının sayında artım qeydə alınıb.
Region
28 Oktyabr , 2021 13:25
Son üç ayda 1147 Gürcüstan vətəndaşı Almaniyadan sığınacaq istəyib

Almaniyadan sığınacaq istəyən Gürcüstan Respublikası vətəndaşlarının sayında artım qeydə alınıb.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə “Report”un Avropa bürosunun sorğusuna cavabında bildirib ki, son üç ayda ümumilikdə 1 147 Gürcüstan Respublikası vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün federal idarəyə müraciət edib.

Belə ki, bu ilin iyul ayında federal idarəyə Gürcüstan vətəndaşlarından 345, avqustda 358, sentyabrda isə 444 ərizə daxil olub.

Almaniyanın Daxili İşlər Nazirliyi hesab edir ki, Gürcüstan vətəndaşlarının çoxu vizasız rejimdən sui-istifadə edərək sığınacaq axtaran şəxs kimi müraciət edir və aylarla, bəzən isə illərlə Almaniyada qalmaq imkanı əldə edirlər.

Son xəbərlər

Orphus sistemi