Rusiya Prezidenti Vladimir Putinlə son on gündə ikinci dəfə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, tərəflər energetika, nəqliyyat sahələrində əməkdaşlıq və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, yanvarın 11-də Vladimir Putinlə İbrahim Rəisi telefon danışığında bölgədəki nəqliyyat layihələrini müzakirə ediblər. Putin və Rəisi Suriya nizamlanmasında əsas rol oynayan Astana prosesi çərçivəsində koordinasiyanı müsbət qiymətləndiriblər.