Gürcüstanda son həftə ərzində koronavirusa 745 yeni yoluxma halı qeydə alınıb, 8 nəfər vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Mayın 3-dən 10-dək daha 984 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 655 966 nəfər yoluxub. Onların 1 638 277-si sağalıb, 16 819-u isə ölüb.