Avropa İttifaqı (Aİ) genişlənməyə, o cümlədən Gürcüstana ittifaqa üzvlük üçün namizəd statusunun verilməsinə hazırdır.
“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Almaniya Kansleri Olaf Şolts bildirib.
Brüsseldə Aİ-nin sammiti başlayıb və burada digər məsələlərlə yanaşı, Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul olunacaq.
“Aİ-nin qərarı ondan ibarətdir ki, biz genişlənməyə hazırıq və bunu Balkan ölkələri, Moldova, Ukrayna və Gürcüstanla bağlı nəzərdən keçirəcəyik”, - O.Şolts deyib.
O əlavə edib ki, Aİ Avropa Komissiyasının təklif etdiyi genişlənməni dəstəkləyir.