Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti başa çatıb - YENİLƏNİB-2

Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti başa çatıb - YENİLƏNİB-2 Tərəflər terror təşkilatlarının məhvi üçün əməkdaşlığı davam etdirməyi razılaşdırıblar
Region
22 Noyabr , 2017 21:58
Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti başa çatıb - YENİLƏNİB-2

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya, Türkiyə və İranın dövlət başçıları – Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan İŞİD terror qruplaşmasının darmadağın edilməsi üçün əməkdaşlığı davam etdirməyi razılaşdırıblar.

"Report"un məlumatına görə, üç ölkə başçısının bununla bağlı Soçi görüşünün nəticələrinə dair bəyanatında bildirilir.

Qeyd edilir ki, tərəflər İŞİD, "Cəbhət ən-Nüsrə" terror təşkilatlarının məhv edilməsi üçün İran, Rusiya və Türkiyənin maraqları çərçivəsində əməkdaşlığı davam etdirməyi razılaşdırıblar.


***20:55

Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti başa çatıb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, toplantıda Suriya Milli Dialoq Konqresinin keçirilməsi barədə qərar qəbul olunub. 

Sammitdən sonra hər üç ölkənin prezidenti mətbuata bəyanatlarla çıxış ediblər. 


*** 17:00

Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti başlayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak edir.

Dövlət başçıları Suriya böhranını və vəziyyətdən çıxış yollarını müzakirə edəcəklər.

Sammitdən əvvəl isə R.T.Ərdoğanla H.Ruhani arasında ikitərəfli görüş keçirilib. 

Qeyd edək ki, bu görüşdən bir gün əvvəl, noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Soçidə BMT-nin tanıdığı Suriya rəhbəri Bəşşar Əsədlə görüşüb.

Son xəbərlər

Orphus sistemi