Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər
Region
23 Avqust , 2017 19:31
Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

Bakı. 23 avqust. REPORT.AZ/ Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, görüşdə V. Putin iki ölkə arasında intensiv dialoq və qarşılıqlı əməkdaşlığın mövcüd oldugunu bildirib.

Rusiyanın prezidenti qeyd edib ki, danışıqlar zamanı tərəflər bir sıra ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Gözlənilir ki, iki ölkə lideri Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin bu ilin martında Ermənistan prezidentinin Rusiyaya rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların reallaşdırmasının gedişini nəzər salacaqlar. Danışıqlar zamanı ölkə başçıları ən mühüm beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, bundan əvvəl Sarkisyan və Putin Moskvada martın ortalarında görüşüblər.

Son xəbərlər

Orphus sistemi