​"SOCAR Energy Georgia" Gürcüstan komandasını təbrik edib

​"SOCAR Energy Georgia" Gürcüstan komandasını təbrik edib Şirkətin baş direktoru Mahir Məmmədov idmançıalra mükafat və hədiyyə verib
Region
8 May , 2015 22:10
​SOCAR Energy Georgia Gürcüstan komandasını təbrik edib

Bakı. 8 may. REPORT.AZ/ "SOCAR Energy Georgia" Çinin Çenqdu şəhərində qadın komandaların şahmat üzrə dünya çempionatının qalibi olmuş Gürcüstan idmançılarının şərəfinə ziyafət təşkil edib.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV məlumat yayıb.

Şirkətin baş direktoru Mahir Məmmədov imdmançıalrı "SOCAR Energy Georgia" adından təbrik edərək, onlara "iPhone6" hədiyyə edib və pul mükafatı verib.

Xatırladaq ki, "SOCAR Energy Georgia" Gürcüstan Şahmat Federasiyasının baş Sponsorudur. 

Son xəbərlər

Orphus sistemi