Simonyan: "Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamağın əleyhinə deyiləm"

Simonyan: "Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamağın əleyhinə deyiləm" Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamağın əleyhinə deyiləm.
Region
27 Fevral , 2024 12:42
Simonyan: Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamağın əleyhinə deyiləm

Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamağın əleyhinə deyiləm.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan fevralın 27-də jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

“Kimin başqa variantı varsa, onu dinləməyə hazıram”, - o vurğulayıb.

Parlament sədri qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə irəliləyiş var.

Alen Simonyan jurnalistlərə açıqlamasında Rusiya hərbçilərinin İrəvanda Zvartnots hava limanından çıxmasına da münasibət bildirib. O deyib ki, rusiyalı hərbçilərin aeroportdan getməsi daha doğru addım olar. A.Simonyan Ermənistanın sərhədlərini qoruya biləcəklərinə əmin olduğunu da vurğulayıb.

Qeyd edək ki, fevralın 28-29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Berlində görüş keçiriləcək.

Son xəbərlər

Orphus sistemi