Şımkentdə baş verən partlayışda ölənlərin sayı artıb

Şımkentdə baş verən partlayışda ölənlərin sayı artıb Qazaxıstanın Şımkent şəhərində doğum evinin yaxınlığında partlayış baş verib, beşmərtəbəli bir yaşayış evinə zərər dəyib.
Region
21 May , 2022 18:13
Şımkentdə baş verən partlayışda ölənlərin sayı artıb

Qazaxıstanın Şımkent şəhərində doğum evinin yaxınlığında yerləşən aptekdə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəsarət alanların sayı 8 nəfərdir, onların hamısı şəhərin tibb müəssisələrinə yerləşdirilib.

Hadisə zamanı perinatal mərkəzdə 189 xəstə və 65 işçi olub. 

Polis İdarəsindən verilən məlumata görə, partlayış nəticəsində şoran məhlulların istehsal olunduğu 138 saylı xəstəxanalararası özəl aptekin binası dağılıb. Partlayış nəticəsində baş verən yanğın tamamilə lokallaşdırılıb.

Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin “yanğın təhlükəsizliyi tələblərinin pozulması, nəticədə insan ölümü” maddəsi ilə ibtidai istintaq başlayıb.

16:07

Qazaxıstanın Şımkent şəhərində doğum evinin yaxınlığında yerləşən aptekdə baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb. 

“Report” xəbər verir ki, fizioloji məhlulun istehsal edildiyi aptek binası tamamilə dağılıb. 

“Hadisə nəticəsində perinatal mərkəzin bir əməkdaşı (keşikçi – red.) və bir körpə (18 günlük) ölüb, 8 nəfər xəsarət alıb”, - Türkestan vilayətinin səhiyyə idarəsinin məlumatında deyilir.

11:36

Qazaxıstanın Şımkent şəhərində doğum evinin yaxınlığında partlayış baş verib, beşmərtəbəli yaşayış evinə zərər dəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Zakon.kz” portalı məlumat yayıb.

Partlayışın aptekdə baş verdiyi bildirilir. Hadisəyə oksigen balonunun partlamasının səbəb olduğu güman edilir. Xəsarət almış bir nəfər xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi