Şimali Kipr Türk Respublikasında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının baş naziri Ersin Tatar bildirib.
“Gazimağusa rayonundakı Geçitkale hava limanı yaxınlığına təlim təyyarəsinin düşməsi nəticəsində 2 nəfər ölüb”, - baş nazir bildirib.
O, ölənlərin yaxınlarına başsağlığı verib.