Seyran Ohanyan və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə başlayıb

Seyran Ohanyan və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə başlayıb Ermənistanın Antikorrupsiya məhkəməsində keçmiş müdafiə naziri Seyran Ohanyan və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Region
8 may 2023 12:30
Seyran Ohanyan və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə başlayıb

Ermənistanın Antikorrupsiya məhkəməsində keçmiş müdafiə naziri Seyran Ohanyan və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Məhkəmə iclası qapalı keçirilir.

Bildirilib ki, Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif “Ermənistan” fraksiyasının başçısı Seyran Ohanyan və daha 11 nəfər barəsində cinayət işinin ibtidai istintaqı aprelin 11-də yekunlaşıb.

Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

Bir müddət əvvəl Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib ki, S.Ohanyan 2005 və 2009-cu illərdə Ararat vilayətində hərbi hissənin ərazisinin qanunsuz satılması ilə bağlı iki dəfə əmr verib. Torpağın bir hissəsi 3-cü ordu korpusunun keçmiş komandanı Qriqori Xaçaturova satılaraq Edqar Arşakyanın adına sənədləşdirilib. İkinci hissə isə 2009-cu ildə Norayru Karapetyana satılıb.

S.Ohanyan külli miqdarda dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, israfçılıq yolu ilə xüsusilə külli miqdarda əmlak mənimsəməkdə ittiham olunur.

Xatırladaq ki, fevralın 8-də Ermənistan parlamenti S.Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verib.

S.Ohanyan Rusiyanın 366-cı motoatıcı alayının tərkibində Xocalı soyqırımının törədilməsində iştirak edib.

Son xəbərlər

Orphus sistemi