Bakı. 11 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud Türkiyəyə rəsmi səfərə gedib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, kralı Ankaranın hava limanında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Səfər zamanı ikitərəfli münasibətlərlə yanaşı regional və beynəlxalq gündəliyin aktual məsələləri də müzakirə olunacaq.
Kral Ankaradan 14-15 aprel tarixlərində İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitinin keçiriləcəyi İstanbul şəhərinə yollanacaq.