Səudiyyə Ərəbistanı Baş Konsulluqdan çıxan şəxsin Camal Qaşıqçının dublyoru olduğunu etiraf edib

Səudiyyə Ərəbistanı Baş Konsulluqdan çıxan şəxsin Camal Qaşıqçının dublyoru olduğunu etiraf edib Bakı. 24 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasından çıxan şəxsin öldürülən Camal Qaşıqçı olmadığı etiraf edilib.
Region
24 Oktyabr , 2018 13:29
Səudiyyə Ərəbistanı Baş Konsulluqdan çıxan şəxsin Camal Qaşıqçının dublyoru olduğunu etiraf edib
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasından çıxan şəxsin öldürülən Camal Qaşıqçı olmadığı etiraf edilib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının yüksək vəzifəli iki şəxsi bildirib.

Vurğulanıb ki, “dublyor"dan istifadə etməkdə məqsəd Camal Qaşıqçının Baş Konsulluğun binasından çıxarılıb daha etibarlı bir yerə aparılaraq “sorğu-sual etmək” olub.

Qeyd edək ki, Camal Qaşıçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

Jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi