Sergey Lavrov: "ŞƏT-ə üzv ölkələrin rəhbərləri iyunda İranın tamhüquqlu üzvlüyü ilə bağlı qərar verəcək"

Sergey Lavrov: "ŞƏT-ə üzv ölkələrin rəhbərləri iyunda İranın tamhüquqlu üzvlüyü ilə bağlı qərar verəcək" "İran ŞƏT üzvlüyü meyarlarına tam uyğundur"
Region
21 Aprel , 2017 13:51
Sergey Lavrov: ŞƏT-ə üzv ölkələrin rəhbərləri iyunda İranın tamhüquqlu üzvlüyü ilə bağlı qərar verəcək

Bakı. 21 aprel. REPORT.AZ/ "İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tam üzv kimi qəbulu məsələsinə quruma üzv ölkələrin dövlət başçılarının bu ilin iyununda Astanada keçiriləcək sammitində baxılacağına ümid edirəm".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib. 

O, BMT Təhlükəsizlik Şurasının xətti ilə İrana qarşı sanksiyaların ləğv edildiyini və artıq bu ölkənin ŞƏT üzvlüyü meyarlarına tam uyğun olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Astanada ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. Görüş iyunda Qazaxıstan paytaxtında keçiriləcək ŞƏT sammitinə hazırlıq üzrə yekun mərhələdir. Nazirlər aktual regional və beynəlxalq problemlərin, birliklərin gələcək konsolidasiyasına yanaşmaların əks olunacağı Astana Bəyannaməsi layihəsini qəbul etmək niyyətindədirlər.

Xatırladaq ki, ŞƏT-in qurulması haqqında bəyannamə 2001-ci ilin iyunun 6 ölkə - Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən Şanxayda imzalanıb.Təşkilatın işində həmçinin 6 müşahidəçi ölkə (Monqolustan, Hindistan, İran, Pakistan, Əfqanıstan və Belarus) və 6 dialoq tərəfdaşı (Şri-Lanka, Türkiyə, Azərbaycan, Ermənistan, Kamboca və Nepal) iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi