Serj Sarqsyanın qardaşı qızı Baş Prokurorluqla məhkəmə çəkişməsinə başlayır

Serj Sarqsyanın qardaşı qızı Baş Prokurorluqla məhkəmə çəkişməsinə başlayır Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı qızı Ani Sarqsyan ölkənin Baş Prokurorluğunu məhkəməyə verib.
Region
16 Sentyabr , 2021 06:57
Serj Sarqsyanın qardaşı qızı Baş Prokurorluqla məhkəmə çəkişməsinə başlayır

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı qızı Ani Sarqsyan ölkənin Baş Prokurorluğunu məhkəməyə verib.

Bu barədə Report” məhkəmə-hüquq informasiya saytı “Datalex.am”a istinadən xəbər verir.

Sarqyan məhkəməyə 7 oktyabr 2020-ci il prokuror tərəfindən qəbul edilmiş əmlakının yoxlanılması qərarının ləğv olunması tələbi ilə müraciət edib.

Qeyd edək ki, Ani, qardaşı Narek və atası Levon Sarqsyan qanunsuz yolla varlanmada, əmlakın gizlədilməsində ittiham olunurlar.

Onun atası Levon Sarqsyan barəsində axtarış elan edilib.

Ani və Narek Sarqsyan ev dustağıdırlar. Ani Sarqysan iyulda prokurorluğa çağırılıb.

Son xəbərlər

Orphus sistemi