Serj Sarqsyanın qardaşı aksiya iştirakçılarının mühasirəyə aldığı binadan çıxa bilmir

Serj Sarqsyanın qardaşı aksiya iştirakçılarının mühasirəyə aldığı binadan çıxa bilmir Bakı. 17 aprel. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı, Xarici İşlər Nazirliyinin Xüsusi məsələlər üzrə səfiri Levon Sarqsyan müxalif qüvvələrin mühasirəyə aldığı binadan çıxa bilmir.
Region
17 Aprel , 2018 16:00
Serj Sarqsyanın qardaşı aksiya iştirakçılarının mühasirəyə aldığı binadan çıxa bilmir

Bakı. 17 aprel. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı, Xarici İşlər Nazirliyinin Xüsusi məsələlər üzrə səfiri Levon Sarqsyan müxalif qüvvələrin mühasirəyə aldığı binadan çıxa bilmir. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Xarici İşlər Nazirliyinin binasından hadisələri izləyir.

Qeyd edək ki, etiraz aksiyası iştirakçıları Ermənistan Baş Prokurorluğu, XİN, Diaspor Nazirliyi və Dövlət Gəlirləri Komitəsini mühasirəyə alıblar.

Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qarşısında oturaq aksiyaya başlayıblar.

Qeyd edək ki, bir qədər öncə Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan ölkədə "xalq məxməri inqilabı"nın başlandığını elan edib.

Son xəbərlər

Orphus sistemi