Serj Sarqsyan Türkiyə ilə imzalanan normallaşma protokollarını ləğv edib

Serj Sarqsyan Türkiyə ilə imzalanan normallaşma protokollarını ləğv edib O, bunu martın 1-də Ermənistan Milli Təhlükəsizlik Şurasının toplantısında açılqayıb
Region
1 Mart , 2018 17:45
Serj Sarqsyan Türkiyə ilə imzalanan normallaşma protokollarını ləğv edib

Bakı. 1 mart. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan 2009-cu ildə Türkiyə ilə imzalanan normallaşma protokollarını ləğv edib.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, o, bunu martın 1-də Ermənistan Milli Təhlükəsizlik Şurasının toplantısında açıqlayıb.

S.Sarqsyan deyib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün imzalanan protokolların ləğv olunması haqqında fərman imzalayıb.  

Qeyd edək ki, Ermənistan prezidenti 2010-cu ilin aprelin 22-də protokolların ratifikasiyası prosesinin dayandırlması barədə fərman imzalamışdı. Nəticədə sənədlərin ratifikasiyası dondurulmuşdu.

Son xəbərlər

Orphus sistemi