Serj Sarqsyan hakim partiyadan prezidentliyə namizədin adını yanvarın 28-də açıqlayacaq

Serj Sarqsyan hakim partiyadan prezidentliyə namizədin adını yanvarın 28-də açıqlayacaq Bakı. 18 yanvar. REPORT.AZ/ Prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistanın hakim Respublikaçı Partiyası prezident seçkilərində iştirak edəcək namizədinin adını yanvarın 28-də açıqlayacaq.
Region
1094
18 Yanvar , 2018 15:26
Serj Sarqsyan hakim partiyadan prezidentliyə namizədin adını yanvarın 28-də açıqlayacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ Prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistanın hakim Respublikaçı Partiyası prezident seçkilərində iştirak edəcək namizədinin adını yanvarın 28-də açıqlayacaq.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Prezidentliyə namizədin adı yanvarın 28-də - Ermənistan Silahlı Qüvvələri günündə açıqlanacaq. S.Sarqsyan namizədin adını şəxsən elan edəcək", - Ermənistanın "Qraparak" nəşri mənbələrinə istinadən yazıb.

Xatırladaq ki, S.Sarqsyanın səlahiyyətləri aprelin 9-da başa çatacaq. Yeni konstitusiyaya əsasən, Ermənistanın yeni prezidenti parlament tərəfindən seçiləcək.

Son xəbərlər

Orphus sistemi