Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir" “Ukraynanın əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur”.
Region
26 Sentyabr , 2023 15:12
Şoyqu: Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir

“Ukraynanın əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur”.

“Report” xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin kollegiya iclasında deyib.

O bildirib ki, buna baxmayaraq, ABŞ və onun müttəfiqləri Ukraynanı dəstəkləməyə davam edir: “Ukrayna təlim keçməmiş, təcrübəsiz hərbçiləri döyüş meydanına atır. Qərbin bu cür hərəkətləri Ukraynanı məhvə doğru aparır”.

Nazir qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu ay 17 mindən çox itki verib: “Biz Qərb istehsalı olan 3 tankı- 2 “Leopardı” və 1 “Chalanger”i məhv etmişik”.

S.Şoyqunun sözlərinə görə, Rusiyanın aktiv hərəkətləri davam edir: “Ukrayna Silahlı Qüvvələri isə bütün təmas xətti boyunca ciddi itkilər verir”.

Qeyd edək ki, ABŞ İnstitutu daha əvvəl döyüş meydanındakı durumun dəyişməsi üçün Prezident Vladimir Putinin Şoyquya 1 ay vaxt verdiyini bildirmişdi.

Kremlin sözçüsü Dmitri Peskov isə mətbuata açıqlamasında deyib ki, dünyada döyüş meydanındakı vəziyyəti dəyişə biləcək silah yoxdur: “ABŞ “Abrams” tanklarını Ukraynaya verib. Düzdür, bu, ciddi texnikadır. Amma Kiyevə silah tədarükü heç bir şəkildə xüsusi hərbi əməliyyatın mahiyyətinə və ya onun nəticələrinə təsir edə bilməz”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

Son xəbərlər

Orphus sistemi