Sergey Melikov Dağıstan Respublikasının rəhbəri seçilib

Sergey Melikov Dağıstan Respublikasının rəhbəri seçilib Dağıstan Xalq Məclisinin deputatları Sergey Melikovu respublikanın rəhbəri seçiblər.
Region
181
14 Oktyabr , 2021 19:07
Sergey Melikov Dağıstan Respublikasının rəhbəri seçilib
Sergey Melikov

Dağıstan Xalq Məclisinin deputatları Sergey Melikovu respublikanın rəhbəri seçiblər.

"Report" xəbər verir ki, Xalq Məclisinin 90 deputatından 82-si Melikova səs verib.

Melikov and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, 2020-ci il oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Dağıstanın başçısı Vladimir Vasilyevin istefasını qəbul edib və onu özünə məsləhətçi təyin edib. Sergey Melikov isə Dağıstanın müvəqqəti başçısı vəzifəsinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi