Lavrovla Çavuşoğlu Qarabağ məsələsini müzakirə ediblər

Lavrovla Çavuşoğlu Qarabağ məsələsini müzakirə ediblər Nazirlər müzakirələri davam etdirmək barədə razılığa gəliblər
Region
18 Fevral , 2021 19:29
Lavrovla Çavuşoğlu Qarabağ məsələsini müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.

Agentliyin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata əsasən, XİN başçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında fevralın 18-də baş tutan telefon danışığında gündəmə gələn məsələləri müzakirə ediblər.

Nazirlər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, fevralın 18-də R.T.Ərdoğanla V.Putin arasında telefon danışığı olub. Dövlət başçıları Qarabağ məsələsini, Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, həmçinin Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi