“ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığının vaxtı razılaşdırılır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov E.Blinkenlə gözlənilən telefon danışığı ilə bağlı açıqlamasında bildirib.
O qeyd edib ki, telefon danışığının iyulun 29-da baş tutması ehtimalı yoxdur.
S.Lavrov əsirlərin dəyişdirilməsi və Ukraynanın mühasirədə qalan taxılının daşınmasına dair ABŞ dövlət katibinin təkliflərini dinləməyə hazır olduğunu vurğulayıb.