"Qərb Cənubi Qafqazda və Mərkəzi Asiyada öz mövqeyini gücləndirməyə çalışır".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 24-də Moskvada keçirilən 11-ci beynəlxalq təhlükəsizlik konfransında deyib.
O bildirib ki, Qərb ölkələri Şimali Afrika və Yaxın Şərqdəki durumu da dəyişməyə çalışırlar: “ABŞ Latın Amerikası və Karib hövzəsi ölkələrinə öz “arxa bağçası” kimi baxmaqda davam edir”.