Sergey Lavrov: "Növbəti sammitdə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağına ümid edirik"

Sergey Lavrov: "Növbəti sammitdə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağına ümid edirik" Rusiya XİN başçısı Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb
Region
28 Oktyabr , 2016 13:21
Sergey Lavrov: Növbəti sammitdə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağına ümid edirik

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Moskva V Xəzər sammitində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağına ümid edir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşündə deyib.

Qeyd edək ki, daha əvvəl Moskva Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın 2017-ci ilin əvvəllərində imzalanmasının real olduğunu bəyan edib.

Son xəbərlər

Orphus sistemi