Sergey Lavrov: “Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin yerləşdirilməməsi sənədini hazırlayır”

Sergey Lavrov: “Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin yerləşdirilməməsi sənədini hazırlayır” Bakı. 17 dekabr. REPORT.AZ/ Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin mövcud olmamasını təmin edəcək sənəd üzərində hazırlığı başa çatdırır.
Region
17 Dekabr , 2018 16:31
Sergey Lavrov: “Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin yerləşdirilməməsi sənədini hazırlayır”
0 : 00
0 : 00

Bakı. 17 dekabr. REPORT.AZ/ "Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin mövcud olmamasını təmin edəcək sənəd üzərində hazırlığı başa çatdırır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya pravda” radiostansiyasının canlı efirində ABŞ-ın Ermənistandakı 3 bioloji laboratoriyası haqqında sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, sənədin hazırlanması prosesində Ermənistanda xarici hərbçilərin olmayacağına təminat veriləcək: “Bu sənəd təhlükə və risklər baxımından şəffaflığı təmin edəcək”.

S.Lavrov Qazaxıstanın da belə bir sənədin hazırlanmasına razılıq verdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi