Sergey Lavrov: “Heç kim Qərbin geosiyasi hiylələrindən sığortalanmayıb”

Sergey Lavrov: “Heç kim Qərbin geosiyasi hiylələrindən sığortalanmayıb” “Hazırda dünyada baş verən hərc-mərcliyin səbəbi Qərbin hərəkətləridir, heç kim onun geosiyasi hiylələrindən və 2024-cü ildə yeni böhranlardan sığortalanmayıb”.
Region
27 dekabr 2023 23:49
Sergey Lavrov: “Heç kim Qərbin geosiyasi hiylələrindən sığortalanmayıb”

“Hazırda dünyada baş verən hərc-mərcliyin səbəbi Qərbin hərəkətləridir, heç kim onun geosiyasi hiylələrindən və 2024-cü ildə yeni böhranlardan sığortalanmayıb”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.

Nazir qeyd edib ki, dünyada tufan davam edir və bunun səbəblərindən biri Qərbin hakim dairələrinin öz problemlərini başqa xalqların hesabına həll etmək üçün sərhədlərindən minlərlə kilometr uzaqda böhranlar törətməsidir.

Lavrov vurğulayıb ki, Rusiyanın beynəlxalq arenadakı tərəfdaşları bu vəziyyətdən xəbərdardırlar və onların əksəriyyəti Moskva ilə razılaşır ki, Qərb gec-tez çoxqütblü dünyanın reallıqlarını qəbul etməli olacaq və bundan sonra bütün məsələlər bu prinsiplər əsasında həll olunacaq.

Son xəbərlər

Orphus sistemi