Sergey Lavrov BBC və “Radio Svoboda” əməkdaşlarının davranışından narazı qalıb

Sergey Lavrov BBC və “Radio Svoboda” əməkdaşlarının davranışından narazı qalıb Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanın paytaxtı Düşənbədə keçirdiyi mətbuat konfransında BBC və “Radio Svoboda”nın yerli bürolarının əməkdaşlarının davranışından narazı qalıb
Region
19 May , 2021 13:49
Sergey Lavrov BBC və “Radio Svoboda” əməkdaşlarının davranışından narazı qalıb
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanın paytaxtı Düşənbədə keçirdiyi mətbuat konfransında BBC və “Radio Svoboda”nın yerli bürolarının əməkdaşlarının davranışından narazı qalıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, narazılığını gizlətməyib.

Rusiyalı nazir danışmağa başlayarkən BBC və “Radio Svoboda”nın müxbirləri mikrofonlarını stolun üstünə yerləşdirməyə başlayıblar. Bu zaman S.Lavorov çıxşını kəsib.

“BBC-nin belə davranış təcrübəsi də var?”, - XİN başçısı kinayə ilə soruşub. O, bundan sonra gülümsəyərək çıxışına davam edib.

Qeyd edək ki, bu gün Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclası keçirilir.

Son xəbərlər

Orphus sistemi