Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib O, bu barədə tvitterdə yazıb
Region
14 Aprel , 2021 14:32
Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib
Selçuq Bayraktar

“Embarqo sanki yeniymiş kimi sevinənlərə söyləyirəm: yenə də Şam şeytanı (yuyulmamış qaşıq mənasına gəlir - red.) kimi təpinməyə davam edə bilərsiniz”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının ixtiraçısı Səlcuq Bayraktar Kanadanın silah satışı ilə bağlı ölkəsinə tətbiq etdiyi məhdudiyyətlə bağlı tvitter səhifəsində yazıb.

Səlcuq Bayrakdar Kanada istehsalı olan sistemin illər əvvəl ASELSAN tərəfindən tətbiq edildiyini xatırladıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsinin işğaldan azad edilməsində “Bayrakdar”dan istifadə edilib. Bu, aparatda Kanada texnologiyası da tətbiq olunub. Kanadanın Xarici İşlər Nazirliyi “Bayrakdar”dan istifadəyə görə Türkiyəyə silah satışına dair məhdudyyət tətbiq edib.

Son xəbərlər

Orphus sistemi