“Səhranın bəyaz günəşi” filminin “Qara Abdulla”sı vəfat etdi

“Səhranın bəyaz günəşi” filminin “Qara Abdulla”sı vəfat etdi Aktyor son iki həftə ərzində Tbilisinin 1 saylı Universitet Klinikasında müalicə alıb
Region
27 Aprel , 2021 13:35
“Səhranın bəyaz günəşi” filminin “Qara Abdulla”sı vəfat etdi
Kaxi Kavsadze

Gürcüstanın məşhur kino və teatr aktyoru Kaxi Kavsadze 85 yaşında vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rustaveli Teatrından bildirilib.

K.Kavsadze ötən ilin noyabrında koronavirusa yoluxub. O, sağalandan sonra evə buraxılsa da, vəziyyəti yenidən pisləşib. Aktyor son iki həftə ərzində Tbilisinin 1 saylı Universitet Klinikasında müalicə alıb.

Gürcü aktyor kino və teatrda parlaq obrazlar yaradıb. O, məşhur “Səhranın bəyaz günəşi” filmində oynadığı Qara Abdulla rolu ilə daha çox tanınır.

Son xəbərlər

Orphus sistemi