Səhiyyə naziri: “Zəlzələdən ziyan görən 358 nəfər xəstəxanalara müraciət edib”

Səhiyyə naziri: “Zəlzələdən ziyan görən 358 nəfər xəstəxanalara müraciət edib” Ahmet Demircan: “Onlardan 3-nün belində və onurğasında qırıqlıq var”
Region
21 İyul , 2017 14:46
Səhiyyə naziri: “Zəlzələdən ziyan görən 358 nəfər xəstəxanalara müraciət edib”

Bakı. 21 iyul. REPORT.AZ/ "Zəlzələdən ziyan gördüyünü deyən 358 vətəndaşımız xəstəxanalara müraciət edib".

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Ahmet Demircan iyulun 21-də Egey dənizindəki zəlzələ ilə bağlı açıqlamasında bildirib.

“Müraciət edən 272 vətəndaşımız təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Qalanları isə özləri xəstəxanalara gəlib. Xəstəxanaya gələn 25 vətəndaşımız zədələnib. Onlardan 3-nün belində və onurğasında qırıqlıq var. Bundan başqa, ayaq sümükləri sınanlar da var. Ciddi yaralı olan vətəndaşımız yoxdur”, - nazir vurğulayıb.

Qeyd edək ki, iyulun 21-də gecə saatlarında Yunanıstan ərazisində baş verən 6,3 bal gücündə dağıdıcı zəlzələ nəticəsində 100-dən çox insan xəsarət alıb. Onların əksəriyyəti təbii fəlakət zamanı Kos adasında olublar. Təbii fəlakət nəticəsində iki nəfər ölüb. Onlardan biri Türkiyə, o biri isə İsveç vətəndaşıdır.  

Son xəbərlər

Orphus sistemi