Səfirin müşaviri: “Azərbaycan və Gürcüstan hər zaman Qafqazda sülh və inkişafın tərəfdarı olub”

Səfirin müşaviri: “Azərbaycan və Gürcüstan hər zaman Qafqazda sülh və inkişafın tərəfdarı olub” “Azərbaycan və Gürcüstan hər zaman Qafqazda sabitlik, sülh və inkişafın tərəfdarı olub. Çünki hər iki ölkə regionu dostluq, qarşılıqlı hörmət və əmin-amanlığın hökm sürdüyü ümumi ev kimi görür”.
Region
28 May , 2022 17:25
Səfirin müşaviri: “Azərbaycan və Gürcüstan hər zaman Qafqazda sülh və inkişafın tərəfdarı olub”

“Azərbaycan və Gürcüstan hər zaman Qafqazda sabitlik, sülh və inkişafın tərəfdarı olub. Çünki hər iki ölkə regionu dostluq, qarşılıqlı hörmət və əmin-amanlığın hökm sürdüyü ümumi ev kimi görür”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov Gürcüstanın Texniki Universitetində (GTU) hər iki ölkənin Müstəqillik günlərinə həsr olunan tədbirdə səsləndirib.

Onun sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlığın təməli 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana ilk tarixi səfəri ilə qoyulub: “Həmin ildən etibarən tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir, müxtəlif sahələrdə müqavilə-hüquq bazası təkmilləşdirilir, dövlət qurumları arasında əlaqələr gücləndirilir”.

Diplomat qeyd edib ki, Azərbaycan və Gürcüstanın birgə iştirak etdiyi regional enerji və infrastruktur layihələri Qafqazın yeni simasını yaradıb.

E.Bayramov Azərbaycanın xarici siyasətində etibarlı tərəfdaş və yaxın dost olan Gürcüstanla münasibətlərin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

O, elm dairələri arasında əlaqələrin güclənməkdə olduğunu qeyd edərək deyib ki, elmi araşdırmalar sahəsində əməkdaşlığın inkişafı və birgə layihələrin reallaşdırılması üçün mövcud potensial tam istifadə olunmayıb.

Tədbirdə GTU rektoru David Qurgenidze, Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli, Siyasət və beynəlxalq münasibətlər Departamentinin rəhbəri, professor Tamar Kiknadze və digərləri də çıxış ediblər. Natiqlər Gürcüstan və Azərbaycan xalqlarının oxşar talelərindən, dövlət müstəqilliyi yolunda yaşanan çətinliklərdən və ölkələr arasında xüsusi münasibətlərdən danışıblar.

Toplantıda Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, azərbaycanlı, gürcü elm adamları, siyasi ekspertlər, analitiklər və gənclər də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi