Səfir: "Zelenski Putinlə birbaşa danışıqlara hazırdır"

Səfir: "Zelenski Putinlə birbaşa danışıqlara hazırdır" “Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa hazırdır”.
Region
22 Yanvar , 2022 16:23
Səfir: Zelenski Putinlə birbaşa danışıqlara hazırdır

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa hazırdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik “Handelsblatt” nəşrinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Volodimir Zelenski istənilən vaxt Vladimir Putinlə birbaşa danışıqlar aparmağa hazır olsa da, Moskva Kiyevin uzatdığı əllərdən imtina edir.

A.Melnik bildirib ki, Almaniya kansleri Olaf Şolts Donbas üzrə “Normand formatının” (Rusiya, Almaniya, Fransa və Ukrayna) bərpasını şəxsən istəməlidir. O, Almaniya hökuməti və müxalifətini Ukraynaya müdafiə silahı tədarük etməsi məsələsinə yenidən baxmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi