Səfir: "Türkiyə Suriyada hərbi əməliyyatları terror təhdidi aradan qalxanadək davam etdirəcək"

Səfir: "Türkiyə Suriyada hərbi əməliyyatları terror təhdidi aradan qalxanadək davam etdirəcək" Fatma Ceren Yazgen: "Bu əməliyyat terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olan PYD və YPG-yə qarşı yönəlib"
Region
25 yanvar 2018 11:34
Səfir: Türkiyə Suriyada hərbi əməliyyatları terror təhdidi aradan qalxanadək davam etdirəcək
Report

Tbilisi. 25 yanvar. REPORT.AZ/ "Türkiyə Suriyada hərbi əməliyyatları terror təhdidi aradan qalxanadək davam etdirəcək". 

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan yanvarın 25-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyanın Afrin bölgəsində "Zeytun budağı" adı altında başlatdığı antiterror əməliyyatı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həyata keçirilir: "Bu əməliyyat Suriyada yaşayan kürd xalqına qarşı deyil, terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olan PYD və YPG-yə qarşı yönəlib. Bu, Türkiyənin yalnız Suriyada sülhün təmin olunmasına dəstək əməliyyatıdır". 

Səfir deyib ki, PKK beynəlxalq səviyyədə tanınmış terror təşkilatıdır: "Bu təşkilat artıq öz hüdudlarından kənara çıxaraq daha geniş ərazilərdə terror aktları həyata keçirməyə başlayıb. Bu da Türkiyəni ciddi narahat edir. Çünki bu terror aktları Türkiyə üçün də bir təhdiddir".

Son xəbərlər

Orphus sistemi