Səfir: "İran gələn il AİB ilə əməkdaşlıq haqqında saziş imzalanacağına ümid edir"

Səfir: "İran gələn il AİB ilə əməkdaşlıq haqqında saziş imzalanacağına ümid edir" Rusiyanın İrandakı səfiri: "2016-cı ilin sonuna doğru Moskva və Tehran arasındakı münasibətlərdə müsbət inkişaf baş verib"
Region
16 dekabr 2016 08:45
Səfir: İran gələn il AİB ilə əməkdaşlıq haqqında saziş imzalanacağına ümid edir

Bakı. 16 dekabr. REPORT.AZ/ "İran gələn il Avrasiya İqtisadi Birliyi (AİB) ilə əməkdaşlıq haqqında saziş imzalanacağına ümid edir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Mehdi Sanai Moskvada iranlıların üçüncü illik forumunda deyib.

"Tehran AİB ilə ciddi dialoq aparır. Əməkdaşlıq müqaviləsinin 2017-ci ildə imzalana biləcəyinə dair ümid var", - deyə o bildirib.

Səfirin sözlərinə görə, 2016-cı ilin sonuna doğru Moskva və Tehran arasındakı münasibətlərdə müsbət inkişaf baş verib.

Son xəbərlər

Orphus sistemi