Səfir: "Azərbaycan və Gürcüstan bölgədə sülh və sabitliyin qarantıdır"

Səfir: "Azərbaycan və Gürcüstan bölgədə sülh və sabitliyin qarantıdır" “Heydər Əliyev və Eduard Şevardnadze arasında münasibətlər bütün dünya üçün örnək olub".
Region
10 May , 2022 20:02
Səfir: Azərbaycan və Gürcüstan bölgədə sülh və sabitliyin qarantıdır

“Heydər Əliyev və Eduard Şevardnadze arasında münasibətlər bütün dünya üçün örnək olub".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Gələcəyə aparan yol” adlı sərginin açılış mərasimində deyib.

Onun sözlərinə görə, sərgidə yer alan fotoşəkillər böyük sınaqlardan keçmiş salnaməni əks etdirir: "Bu materiallar yeni nəsil üçün önəmlidir. İnanıram ki, sərgi ziyarətçilərin böyük marağına səbəb olacaq".

Diplomat bildirib ki, Heydər Əliyev və Eduard Şevardnadze arasında sovet dönəmində və müstəqillik dövründə də yaxın dostluq olub. Onun sözlərinə görə, ulu öndər gürcü liderlə son telefon danışığında Azərbaycan və Gürcüstan xalqları arasında dostluğu qoruyub saxlamağın vacibliyindən danışıb: "Umummilli liderin bu sözləri bizim üçün vəsiyyət kimi olub. Bu gün Azərbaycan və Gürcüstan bölgədə sülh və sabitliyin qarantıdır. Bu gün onların əsasını qoyduqları dinc Qafqaz strateji xətti davam etdirilir".

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Tbilisidə E.Şevardnadzenin vəfatından sonra xatirəsinə göstərdiyi dərin ehtiramı da vurğulayıb.

F.Quliyev qeyd edib ki, Azərbaycan-Gürcüstan dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır, çünki bu münasibətləri Heydər Əliyev və Eduard Şevardnadze kimi iki dahi öndər qoyub.

Son xəbərlər

Orphus sistemi