Səfir: Almaniya Cənubi Qafqazda sülhün əldə olunmasına dəstək verməyə hazırdır
Səfir: Almaniya Cənubi Qafqazda sülhün əldə olunmasına dəstək verməyə hazırdırAlmaniya Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhün əldə edilməsinə fəal töhfə verməyə hazır olduğunu bildirir.
Almaniya Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhün əldə edilməsinə fəal töhfə verməyə hazır olduğunu bildirir.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mühüm regional təhlükəsizlik məsələlərin və Ermənistanla davam edən sülh prosesinin müzakirə olunacağı Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin rəhbərliyi altında iştirak edən Azərbaycan nümayəndə heyətini salamlayırıq. Almaniya ədalətli və dayanıqlı sülhə nail olmaqda hər iki ölkəni dəstəkləməyə hazırdır”, - o vurğulayıb.
We welcome @presidentaz and his delegation @MunSecConf to discuss important issues of regional security and continue peace process with Armenia. stands ready to assist both countries to achieve a just and sustainable peace. #MSC2024https://t.co/eM3aTg5DGS